Bakı metrosu tarixində ilk- Qadın maşinist işə götürüldü

Dünya Manshet

Bakı Metropoliteni QSC-nin tarixində ilk qadın maşinist işə götürülüb.

Bu barədə News Space Agency-yə  QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırlıq kursunu müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi düşüb. 

O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər sırasında olub. G.Həbibli maşinist hazırlığı prosesinə qatılanadək Bakı Metropoliteni QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir