Bakıda evlərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı tutulub

Manshet Dünya

Azərbaycanın paytaxdı Bakıda evlərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı saxlanılıb.

Nsa.ge APA-ya istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 evdən külli miqdarda pul və zinət əşyaları oğurlayan Gürcüstan vətəndaşı, 1983-cü il təvəllüdlü David Qoçiaşvili tutulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılır.