Bakıda Gürcüstan dövlət nömrəli nişanlı avtomobili qəza törədib – FOTO – VİDEO

Dünya

Azərbaycanın paytaxtı Bakı şəhərində Gürcüstan dövlət nömrəli nişanlı avtomobili qəza törədib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 18:50 radələrində Aeroport yolunda qeydə alınıb.

Belə ki, KN-100-RDA Gürcüstan dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobil idarəetməni itirərək 90-TD-723 dövlət qeydiyyat nişanlı “KİA Rio” markalı avtomobilə çırpılıb. Nəticədə bir nəfər yüngül dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.