“Barış pınarı” hərbi əməliyyatları çərçivəsində məhv edilən terrorçuların sayı açıqlanıb

Dünya

Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış pınarı” hərbi əməliyyatları çərçivəsində 525 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Barış pınarı” antiterror əməliyyatı zamanı Suriyanın 42 kəndi olmaqla, ümumilikdə 109 kilometr ərazisi terrorçulardan azad edilib.