Braziliya Venesuelaya qarşı sanksiyalar tətbiq edəcək

Dünya

Braziliya hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı birtərəfli sanksiyalar tətbiq etməyə hazırlaşır.

Nsa.ge TASS-a istinadən xəbər verir ki, hazırda Braziliyanın Xarici işlər və Ədliyyə nazirlikləri ölkə konstitusiyasının prinsipləri və məqsədlərinə zidd fəaliyyət göstərən Venesuelanın yüksək vəzifəli şəxslərinin siyahısını hazırlayırlar.

Bu şəxslərə Braziliyaya giriş qadağan ediləcək.

Venesueladakı vəziyyətə dair Limada keçiriləcək konfransda Braziliyanın xarici işlər naziri Ernestu Araujunun müvafiq sanksiyaların tətbiqi haqqında bəyan edəcəyi gözlənilir.