Braziliyada 45 milyona yaxın insan pensiya islahatlarına qarşı çıxıb

Dünya

Cümə günü Braziliyanın bir çox şəhərlərində futbol üzrə Amerika Kubokunun startı öncəsi pensiya islahatlarına qarşı kütləvi etiraz və tətillər keçirilməyə başlayıb.

Nsa.ge TASS-a istinadən xəbər verir ki, bu barədə “Todo Noticias” telekanalı məlumat yayıb.

Etirazlar ölkənin təqribən 300 şəhərini əhatə edib. Onlar cari ilin əvvəlində Jair Bolsonarunun idarəçiliyi başlandığı andan iri həmkarlar ittifaqlarını özündə birləşdirən ilk kütləvi aksiya olub.