Canlı bomba özünü partlatdı – 8 ölü, 11 yaralı

Dünya

Əfqanıstanda daha bir partlayış törədilib.

Nsa.ge xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Nanqarxar əyalətinin Cəlalabad şəhərində baş verib.

Canlı bombanın özünü nəzarət-buraxılış məntəqəsinin qarşısında partlatması nəticəsində azı 8 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.

Qeyd edək ki, partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.