Dağıstanda məhbuslar qiyam etdilər – VİDEO

Dünya

Dağıstanın Tübe qəsəbəsində yerləşən islah-əmək koloniyasında məhbuslar kütləvi iğtişaş törədiblər. 

Nsa.ge “Life” saytına istinadən xəbər verir ki, etirazların səbəbi hələ aydın olmayıb.

Rəsmi orqanlardan verilən məlumata görə, sentyabrın 20-də kriminal aləmə aid olan şəxslər həbsxanada digər məhbusları saxlanılma rejimini pozmağa vadar edib.

Bildirilir ki, kütləvi etizamsızlığı dinc yolla, güc tətbiq etmədən həll etmək mümkün olub.