Daha bir ölkədə niqab qadağan olundu

Dünya

Avqustun 1-dən etibarən Niderlandda ictimai yerlərdə pərəncə taxılması rəsmi şəkildə qadağan edilib.

Nsa.ge xarici KİV-ə isitnadən xəbər verir ki, bundan sonra məktəblərdə, xəstəxanalarda, dövlət müəssisələrində və ictimai nəqliyyatda üzü tamamilə örtən geyimlər –burqa, niqab qadağandır.

Üzü bağlı qadınlardan niqablarını açmaq tələb olunacaq. Etiraz ediləcəyi halda, onların binalara girişinə, nəqliyyatdan istifadələrinə icazə verilməyəcək, 150 avro məbləğində cərimələnəcəklər.

Statistikaya görə, Niderlandda 300-dək qadın pərəncədən istifadə edir.

Niqab Belçika, Danimarka və Avstriyada da qadağandır.