Donald Tramp: “The New York Times” qarşımda diz çökməlidir”

Manshet Dünya

ABŞ Prezidenti Donald Tramp məşhur “The New York Times” qəzetinin onun qarşısında diz çöküb üzr istəməli olduğunu iddia edir.

Nsa.ge xəbər verir ki, “Twitter”dəki səhifəsində dövlət başçısı tənqidi yazılara görə həmin nəşrin ikinci dəfə, özü də daha çox üzr istəməsinin vacib olduğunu qeyd edib.

“2016-cı il seçkilərindən sonra ikinci dəfə məndən üzr istəyəcəklərmi? Bu dəfə üzrxahlıq daha çox və daha təmtəraqlı olmalı… diz çöküb üzr istəməli olacaqlar!”.

NSA.GE