“Dorian” 30 nəfərin ölümünə səbəb oldu

Dünya

Dağıdıcı “Dorian” qasırğası nəticəsində ABŞ-da ölənlərin sayı 30 nəfərə yüksəlib.

Nsa.ge-nin Qafqazinfo-a istinadən verdiyi xəbərə görə, bu barədə Baham adalarının Baş Naziri Hyubert Minnis “CNN” telekanalına açıqlamasında bildirib.

Baham adalarının Turizm və aviasiya naziri Coy Cibrilu itkin düşənlərin sayının minə çatacağını istisna etməyib.

ABŞ Sahil Mühafizəsi, öz növbəsində, 201 nəfəri xilas edə bildiklərini açıqlayıb.

Qeyd edək ki, qasırğaya görə Corciya, Cənubi Karolina və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.

Təbii fəlakət adalara ciddi zərər yetirib. 13 minə yaxın tikili dağılıb və ya su altında qalıb. Xüsusi ilə də Bahamın Böyük adası zərər çəkib. 50 minə yaxın insanın yaşadığı adanın, demək olar, 70%-i su altında qalıb.