Dubaya 18 yaşdan aşağı uşaqları ilə səyahət edən valideyinlərə şad xəbər

Dünya

Dubay Miqrasiya Xidməti yeni qərar qəbul edib.

Nsa.ge xəbər verir ki, yeni qaydalara əsasən iyulun 15-dən sentyabrın 15-dək Dubaya valideyinləri ilə birgə səyahət edən 18 yaşdan aşağı uşaqlara viza ödənişsizdir.

Pulsuz viza almağın bəzi şərtləri mövcuddur:

– 18 yaşından kiçik uşaqlar turist vizası ilə BƏƏ-yə gələn valideynlərindən ən azı biri ilə olmalıdır;
– Valideyin mütləq qaydada öz vizasını almalı, soyadlar başqadırsa doğum haqqında şəhadətnamənin tərcümə və təsdiqini təqdim etməlidir;
– Qayda bütün dünya vətəndaşlarına aiddir;
– Bu sənəd vizasız rejim və ya hava limanında viza almaq mənası daşımır;
– Xarici pasportun bitmə tarixinə mütləq 6 aydan çox qalmalıdır;
– Sərnişinlərin aktiv və təsdiq olunmuş gediş-dönüş aviabiletləri göstərilməlidir.