Dünyada hər 11 saniyədə ana və körpə ölümü baş verir

Dünya

Hər il dünyada 2,8 milyon nəfər hamilə qadın və yeni doğulan körpələr ölür.

Nsa.ge xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı həyəcan siqanlı çalıb. Bundan başqa, 15 yaşadək uşaqların ölümündə də ciddi artım müşahidə olunur.

“Qadınlar və yeni doğulanlar doğuşdan dərhal sonra dünyalarını dəyişir. Hər 11 saniyədə bir qadın və körpə ölümü baş verir. Üstəlik bu ölümlər qabaqcadan qarşısı alına bilən səbəblərdən baş verir”, – deyə təşkilatın məlumatında deyilir.

Bununla belə, 2000-ci ildən uşaq ölümü yarıyadək, ana ölümü 1/3-ə qədər azalıb.

Bundan başqa, cari ildə 6,2 milyon uşaq ölümü baş verib ki, bunun 5,3 milyonu 5 yaşına çatmayanlardır.