Ermənistanda nazirlər ixtisar olunur

Dünya

Ermənistan parlamenti nazirlərin sayının azaldılması haqqında qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

Nsa.ge Report-a istinadən bildirir ki, Ermənistan KİV-inə istinadən xəbər verir ki, sənəd hakim “Mənim addımım” fraksiyası tərəfindən parlamentə təqdim olunmuşdu. Onun lehinə yalnız bu fraksiyanın üzvləri səs veriblər. Müxalifətdə olan Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları isə qanun layihəsinin əleyhinə səs veriblər.

Sənəd 70 səs lehinə və 40 səs əleyhinə olmaqla qəbul edilib.

Qəbul edilən sənədə əsasən, Ermənistanda nazirlərin sayı 17-dən 12-dək azaldılacaq. Bu qanun əsasında Nazirlər Kabinetinin 200-yə yaxın əməkdaşı ixtisar olunacaq. 

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir