Ermənistanda polislə toqquşma – Etirazçılar Gürcüstana gələn avtomobil yolunu bağladılar – VİDEO

Manshet Dünya

Ermənistanda polislə toqquşma zamanı 13 nəfər xəsarət alıb.

Nsa.ge Sputnik-Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib. 

Qeyd edilir ki, toqquşma Yerevandan 130 kilometr məsafədə, İcevan şəhəri yaxınlığında baş verib. Etirazçılar Gürcüstana gələn avtomobil yolunu kəsiblər və onlara meşələrdə odunları tədarük etməyə icazə verməyi tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları yolu açmağa çalışıblar. Bu zaman etirazçılarla polis əməkdaşları arasında toqquşma başlayıb. Aksiyaçılar polisləri daşa basıblar, asayiş keşikçiləri geri çəkiliblər.

“İcevan şəhərinin tibbi mərkəzinə toqquşmalar nəticəsində xəsarət alan 13 nəfər çatdırılıb. Zərər çəkənlər lazımi müayinədən keçirlər. Onlar həkim nəzarəti altındadırlar”, – deyə Nikoqosyan özünün “facebook”dakı səhifəsində yazıb. 

Բախում Իջևանում, լարված իրավիճակ, կան վիրավորներ

Опубликовано Հետք Среда, 17 июля 2019 г.