“Eternity-2019” təlimində iştirak edəcək Gürcüstan hərbi qulluqçuları artıq Bakıdadırlar

Dünya Manshet

Sentyabrın 2-dən Azərbaycanda keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.

Nsa.ge xəbər verir ki, bu haqda Azərbaycanın Müdafiə Nazirliyindən APA-ya məlumat verilib.

Məlumta görə, qonaqlar əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, ulu öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Gürcüsta, Azərbaycan və Türkiyənin Dövlət bayraqları qaldırılıb və hər üç ölkənin dövlət himnləri səsləndirilib.

Sentyabrın 6-dək davam edəcək təlim Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək.

Təlimə hazırlıq dövründə qonaqlar üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.