Filippin prezidenti əmr verdi: buldozer 137 min dollarlıq Ferrari-ni əzdi – VİDEO

Dünya

Filippin Prezidenti Rodriqo Dutertenin əmri ilə iri buldozer ölkəyə qanunsuz gətirilmiş “Ferrari 360 Spider” avtomobilini nümayişkaranə şəkildə əzib.

Nsa.ge xəbər verir ki, yerli mətbuat əzilmiş “Ferrari” maşınının dəyərini yeddi milyon Filippin pesosu (təqribən 137 min dollar) həcmində qiymətləndirib.

Qeyd edək ki, Filippin hökuməti tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilən avtomobillərin bu cür məhv edilməsi ilk hal deyil.

Buldozerlər və ekskavatorlar 2018-ci ildə ümumi dəyəri 5,5 milyon dollar olan 60 avtomobili əzib. 

Buna qədər isə 1,2 milyon dollarlıq “Lexus”, BMW, “Mercedes-Benz”, “Audi”, “Jaguar” və “Chevrolet Corvette Stingray” maşınları analoji yolla sıradan çıxarılıb.