Filippində 3 qayıq batdı – 31 nəfər öldü

Dünya

Filippində pis hava şəraiti səbəbindən 3 qayıq batıb.

Nsa.ge xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 31 nəfər dünyasını dəyişib, 62 nəfər isə xilas edilib. Daha 3 sərnişinin axtarışları davam etdirilir. Qayıqlardan yalnız birinin 5 nəfərlik heyəti tamamilə xilas edilib.

Qayıqlar Quimaras və İloilo şəhərləri istiqamətində hərəkət edirmiş.