Görmə qüsurlu yaponiyalı dünyada ilk dəfə Sakit okeanı keçib

Dünya

Görmə əngəlli yaponiyalı dənizçi Mitsuhiro İvamoto Sakit okeanı keçib.

Nsa.ge Report-a istinadən bildirir ki, bu barədə Yaponiyanın “The Japan Times” qəzeti yazıb.

Qeyd olunur ki, buna qədər dünyada heç kim buna nail olmamışdı.

“Mən təslim olmadım və xəyalımı gerçəkləşdirdim. Dünyanın ən xoşbəxt adamıyam”, – M.İvamoto deyib.

Səfər zamanı o, 14 min km məsafə qət edib. Yapon dənizçi səfərini fevralın 24-də ABŞ-ın San Dieqo limanından başlayıb və Fukusima prefekturasının İvaki limanında bitirib.

Maraqlıdır ki, kişi Sakit okeanı ikinci cəhddə keçə bilib. Birinci cəhdində onun gəmisi balina ilə toqquşaraq batmışdı.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir