Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil Bakıda qəzaya düşüb – FOTO/VİDEO

Manshet Dünya

Bakı Aeroport şosesində idarəetmədən çıxan avtomobil arakəsməyə çırpılıb.

Nsa.ge BakuTv-yə istinadən xəbər verir ki, hadisə şosenin Suraxanı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Hava limanı istiqamətində yüksək sürətlə hərəkətdə olan Gürcüstan dövlət qeydiyyat nişanlı “BMW” markalı minik avtomobili dəmir arakəsməyə çırpılıb.

Daha sonra avtomobil bir neçə dövrə vuraraq beton səkiyə dəyib. Sürücü isə hadisə yerindən uzaqlaşıb.

Əraziyə BŞBPİ-nin DYP əməkdaşları cəlb edilib. Hadisə zamanı yol infrastrukturuna ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.