Gürcüstanın Gəncədəki yeni baş konsulu Gəncə Şəhər İcra başçısı ilə görüşüb -FOTO

Manshet Dünya

Gürcüstanın Gəncədəki yeni baş konsulu Nikoloz İaşvili Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Nsa.ge APA-ya istinadən xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında olan dostluq münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Gəncə ilə Gürcüstanın Kutaisi şəhərinin qardaşlaşmış şəhərlər olması xatırlanıb.

Qeyd edilib ki, Gürcüstan və Azərbaycan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür.