Honkonq hava limanında polis və nümayişçilər arasında şiddətli “döyüşlər” – VİDEO

Dünya

Honkonq hava limanında polis və nümayişçilər arasında baş verən toqquşmalarda bir neçə insan xəsarət alıb.

Nsa.ge Reuters-a istinadən xəbər verir ki, hava limanında bütün reyslərə reqistrasiya dayandırılıb.

Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Honkonq hava limanında üç günlük etiraz aksiyası avqustun 9-da başlayıb. Lakin polislərin aksiyanı dağıtdığı zaman qadınlardan birinin gözünü vurub çıxarması etirazçıları aeroporta qayıtmağa vadar edib.

Onlar Bibliya sayağı “Göz əvəzinə göz” şüarını səsləndirirlər və onu hava limanının divarlarında yazırlar.