İran ABŞ-ı Yaxın Şərqdən çəkilməyə çağırıb

Dünya Manshet

İran hərbi dəniz qüvvələrinin kontr-admiralı Hosseyn Hanzadi ABŞ-ı Yaxın Şərqi tərk etməyə çağırıb.


Nsa.ge xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.

“Aviasiyadaşıyıcı gəminin Fars körfəzinə göndərilməsinə dair danışıqlarla ABŞ, çox güman ki, müharibə ehtimalını artırmaq istəyir”, – Hanzadi belə deyib.

Onun sözlərinə görə, Vaşinqton həmin bölgədən çəkilməlidir. Hanzadi, həmçinin əlavə edib ki, ABŞ-ın Yaxın Şərqdə mövcudluğu “sona çatıb”.