İran Fars körfəzində yanacaq daşıyan gəmini saxladı

Dünya

İran sərhədçiləri Fars körfəzində yanacaq qaçaqmalçılığında şübhəli bilinən 12 nəfərdən ibarət heyəti olan gəmini saxlayıblar.

Nsa.ge TASS-a istinadən xəbər verir ki, bu barədə Hormozqan əyalətinin dəniz qüvvələrinin komandanı Hüseyn Dehki bildirib.

“Əməliyyat zamanı xarici gəmi tutuldu. Gəmidən 283900 litr qaçaq yanacaq tapılıb”, – deyə H.Dehki söyləyib.

O əlavə edib ki, gəmidə 12 Filippin vətəndaşı olub.