İsrail səfirliklərini yenidən açacaq – Tarix bilindi

Dünya

İsrail bugündən etibarən bütün səfirliklərini yenidən açacaq.

Nsa.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Maliyyə Nazirliyi ilə problem üzündən bağlanmış diplomatik nümayəndəliklər noyabrın 1-dən əvvəlki fəaliyyətinə qayıdacaq.

Xatırladaq ki, Maliyyə Nazirliyinin diplomatların xərcləri ilə bağlı vergilərin geri alınması qərarından sonra səfirliklər bütün dünyada, o cümlədən Gürcüstanda da tətil elan etmişdi.