İstanbullular zəlzələ qorxusundan parklarda yatırlar – FOTOLAR

Dünya

Sentyabrın 26-da İstanbulun Silivri rayonunda baş verən 5,8 maqnitudalı zəlzələdən iki gün keçməsinə baxmayaraq, sakinlər hələ də gecələr qorxudan küçədə yatırlar.

Nsa.ge-nin “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, vətəndaşlar Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) parklarda qurduğu çadırlarda gecələyirlər.

Qeyd edək ki, türkiyəli alimlər yeni zəlzələlərin ola biləcəyini ehtimal edirlər.