İsveçdə təyyarə qəzasında 9 nəfər ölüb – VİDEO

Dünya

İsveçdə göyərtəsində 9 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.

Nsa.ge “Rossiya 24” kanalına istinadən xəbər verir ki, baş verən qəzada göyərtidə olan bütün sərnişinləri həlak olub.

İlkin məlumata əsasən, qəza təyyarənin havaya qalxmasından təqribən 40 dəqiqə sonra baş verib.

Qəza şahidlər tərəfindən lentə alınıb.

Qeyd edək ki, İsveç polisinin yaydığı məlumata əsasən, təyyarənin göyərtəsində olan insanlar paraşütizm ilə məşğul olub.