İtaliyada mənzil oğurluğuna görə Gürcüstan vətəndaşı tutulub – VİDEO

Dünya Manshet

Gürcüstan vətəndaşı İtaliyada mənzillərdə və fərdi evlərdə oğurluq ittihamı ilə tutulub.

Nsa.ge-nin məlumatına görə, bu barədə Gürcüstan İctimai Televiziyası İtaliya mediasına istinadən xəbər verir.

Belə ki, İtalyanın Mestre şəhərində 42 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Polis, şübhəlinin mənzillərdən birində oğurluq zamanı qeydə alındığı videonu da yaydı.

İtaliya mediasının məlumatına görə, təqsirləndirilən şəxs kilidləri qırmaq üçün xüsusi alətlərdən istifadə edib.