Jirinovski: Bütün Gürcüstanı işğal etmək lazım idi

Manshet Dünya

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski  “Saqrad” telekanalının Gürcüstanla münasibətlər barədə sualını cavablandırıb.

Nsa.ge-nin Rusiya saytına istinadən verdiyi xəbərə görə, o, Moskva ilə Tbilisi arasındakı narazılıqları yatırtmaq üçün öz planını təklif edib.

Jirinovski iki ölkə arasındakı münaqişənin mənbəyinə toxunarkən deyib: “Rusiya bütün Gürcüstanı işğal etməli, Saakaşvilini həbsə atmalı, müharibəyə başladığı üçün onu mühakimə etməli,  Rusiya tərəfdarı olan Giorqadzeni (“Ədalət” partiyasının üzvü, keçmiş dövlət təhlükəsizlik naziri – red.) hakimiyyətə gətirməli idi”.

Onun fikrincə, Moskva təxribatlara elə cavab verməliydi ki, bir də heç kəs Rusiyanı alçaltmağa cürət etməsin.