Kərbəlada faciə: 35 ölü, 100-dən çox yaralı – VİDEO

Dünya

İraqın Kərbəla şəhərində Aşura günü münasibətilə keçirilən mərasimdə faciə baş verib.

Nsa.ge axar-a istinadən xəbər verir ki, insanların Kərbəla müsibətini anmaq üçün toplaşdığı ərazidə yol çöküb.

Yolun çökməsi nəticəsində 35 nəfərin həlak olduğu, 100-dən artıq insanın yaralandığı qeyd edilib.

Ölü və yaralı sayının artacağı ehtimal olunur.