Kərbəlada sərnişin avtobusu partladıldı – çoxlu sayıda ölü var

Dünya

İraqın Kərbəla şəhərində sərinişinlə dolu mikroavtobus partladılıb.

Nsa.ge Qafqazinfo-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. İlkin məlumata görə,  partlayıcı qurğu avtobusa Kərbəlanın girişində nəzarət məntəqəsinin yaxınlığında yerləşdirilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.