Kaliforniyanın hava limanında təyyarə yandı – VİDEO

Dünya

Kaliforniyanın Oroville şəhərində “Cessna Citation” markalı kiçik təyyarə hava limanının uçuş-enmə zolağında yanıb.

Nsa.ge RİA “Novosti”yə istinadən bildirir ki, bu barədə yerli yol polisi xəbər yayıb.

Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağında olarkən naməlum səbəbdən hərəkəti dayandırılıb və qısa müddət sonra alovlanmağa başlayıb. 

Təyyarədə olan 10 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya ediliblər.