Konqoda qatar qəzasında azı 50 nəfər öldü

Dünya

Konqo Demokratik Respublikasında Tanqanika gölü yaxınlığında Qatar qəzası baş verib.

Nsa.ge-nin xarici KİV-ə istinadən məlumatına görə, hadisə zamanı azı 50 nəfər ölüb. Qəzaya qatarın relsdən çıxması səbəb olub.

Qeyd edək ki, Konqoda dəmir yolu xətlərinin köhnə və qəzalı vəziyyətdə olması tez-tez bu cür faciələrin yaşanmasına səbəb olur.