“Kurtlar Vadisi” geri dönür

Dünya

Türkiyənin reytinqli “Kurtlar Vadisi” serialı yenidən ekranlara qayıdır.

Nsa.ge Türkiyə KİV-nə istinadən xəbər verir ki, serial rəqəmsal kanal “Netflix”də nümayiş olunacaq.

Belə ki, artıq Necati Şaşmazın “Pana” film şirkəti ilə “Netflix” rəhbərliyi arasında razılaşma əldə olunub.  

Çəkilişləri noyabrda başlayacaq serialda Necati Şaşmaz və Defne Samyeli baş rolda oynacaq. 2020-ci ildə yayımlanacaq seriala tamaşaçılar hər həftə “Netflix”də baxa biləcək.

“Kurtar Vadisi Xaos” adlanacaq serialda 15 iyul dövlət çevrilişindən sonra baş verən hadisələr öz əksini tapacaq.