Londonda məsсiddə atışma olub

Dünya Manshet

London şəhərinin İlford rayonu ərazisində yerləşən “Yeddi kral” məscidində silahlı insident baş verib.

Nsa.ge xəbər verir ki, bu barədə məlumat cümə günü yerli polisin “Twitter” səhifəsinə yerləşdirilib.

Məlumata görə, hadisənin baş verdiyi Hay-roud küçəsinə polis cəlb olunub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Daha sonra polisdən xəbər veriblər ki, hadisə terrorçuluqla əlaqəli deyil.

NSA.GE