Londondakı Ukrayna səfirinin avtomobilinə silahlı hücum olundu

Manshet Dünya

Böyük Britaniyada səfirlik avtomobilinə silahlı hücum olub.

Nsa.ge xaric mediaya istinadən bildirir ki , hücumdan dərhal sonra, Ukraynanın Londondakı səfirliyi bağlanıb.

Məlumata görə, hadisə Ukraynanın Londondakı səfirliyi yaxınlığında baş verib. Bir avtomobildən səfirliyin binası istiqamətində 3 dəfə atəş açılıb. Polis də hücuma atəş açaraq cavab verib. Hücumdan sonra Ukrayna səfirliyi bağlanıb.

Ukrayna səfirliyi, silahlıların səfirin park edilmiş avtomobilini hədəf aldığını bildirib. Açıqlamada, London polisinin silahlı hücuma qarşılıq verdiyi və itki və ya xəsarət alanın olmadığı bildirilir.

  NSA.GE