Məşhur aktrisanın erotik filmi qadağan edildi

Dünya

Məşhur aktrisa və müğənni Cennifer Lopezin “dirək rəqsi” oynadığı film Malayziyada qadağa edilib.

Nsa.ge xəbər verir ki, “Hustlers” adlı filmin qadağa olunmasına səbəb həddindən artıq açıq səhnələrin olmasıdır.

“Ədəbsiz” səhnələrin çox olduğunu deyərək filmə senzura tətbiq edən rəsmilər filmin Malayziyada bir daha yayımlanmayacağını və bu kimi filmlərə ekranlarda yer verilməyəcəyini bildiriblər.

Qeyd edək ki, “Hustlers” gəlirlərinə görə ABŞ və Avropada birinci yerdədir.