Məşhur kilsə niyə yanıb?-Ehtimal

Dünya Manshet

“Biz onu yenidən ucaldacağıq”.

Nsa.ge Report-a istinadən bildirir ki, bunu Notr-Dam kilsəsinin (Notre-Dame-de-Pari) yanğın yerinə gələn Fransa Prezidenti mətbuat nümayəndələrinə deyib.

Makron bildirib ki, Notr-Dam-de-Pari Fransa xalqının tarixinin, ədəbiyyatının, təxəyyülünün rəmzidir. Fransa prezidenti kilsənin yenidən əvvəlki vəziyyətinə qaytarılacağına söz verib.

Xatırladaq ki, dünən axşam saatlarında Fransanın Notr-Dam-de-Pari kilsəsində güclü yanğın baş verib.

Notr-Dam-de-Paridə güclü yanğın bazar ertəsi axşam başlayıb. Yanğın nəticəsində kilsənin qülləsi aşıb.

Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.

Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib.

Hazırda yanğınla bağlı “tarixi abidənin bilmədən yandırılması” maddəsi üzrə istintaq işlərinə başlanılıb.

Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir