Meksikada 20 nəfərin cəsədi tapıldı

Dünya

Meksikanın Miçoakan ştatında 20 nəfərin cəsədi tapılıb.

Nsa.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın təhlükəsizlik naziri İsrael Patron bildirib.

Cəsədlər şəhərin üç müxtəlif yerində aşkarlanıb. Meyitlərin üzərində güllə izləri var. Onların narkotik alış-verişi üstündə öldürüldüyü ehtimal edilir.

Qeyd edək ki, Miçoakan ştatı Cənubi Amerikadan ABŞ-a narkotik daşıyan iki cinayətkar qruplaşmanın nəzarəti altındadır. Ötən il ölkədə 33,34 min, 2017-ci ildə isə 31,2 min nəfər öldürülüb.