Misirdə 9 polis yol qəzasında ölüb

Dünya

Misir polisinin 9 əməkdaşı İsmailiyyə şəhəri yaxınlığında baş vermiş yol qəzasında ölüb.

Nsa.ge ona-ya istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarını daşıyan avtomobil yük maşını ilə toqquşub.

Yol qəzasından sonra minik maşını alışaraq yanıb. Onun içərisində olan iki polis zabiti və yeddi sıravi polis işçisi hadisə yerində keçinib.

Bildirilir ki, həmin polislər İsgəndəriyyə şəhərindən Şimali Sinaya xidmət üçün gedirmiş. Onlar həmin bölgədə ordu ilə polisin bir neçə ildir apardığı antiterror əməliyyatında iştirak etməli idilər.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir