Mixeil Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi üzrə cinayət işi bağlanıb

Dünya

Ukrayna Ali Məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi üzrə cinayət işi bağlanıb.

Nsa.ge RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ali Məhkəmənin saytı yayıb.

Bildirilib ki, məhkəmə Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu il mayın 28-də imzaladığı fərmana əsasən, Mixeil Saakaşvilinin vətəndaşlığının bərpa edilməsi haqqında qərar qəbul edib. Bu qərardan Ukrayna Ali Məhkəməsinin Böyük Palatasına şikayət edilə bilər.

Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ilin oktyabrında Mixeil Saakaşvilini ölkə vətəndaşlığından məhrum edilməsinə dair fərman imzalamışdı.