NATO-nun hərbi gəmiləri Qara dənizə daxil oldu

Dünya

NATO-nun bir neçə hərbi gəmisi Qara dəniz sularına daxil olub.

Nsa.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, gəmilər Britaniyanın “HMS Duncan” esminesi və Kanadanın “HMCS Toronto” freqatıdır. Gəmilər Mərmərə dənizindən keçməklə ünvana çatıb.

Gəmilərin “Sea Breeze 2019” hərbi-dəniz təlimlərində iştirak etmək üçün Ukraynaya doğru hərəkət etdiyi bildirilir.