Nigeriyada Türkiyə gəmisinə hücum olunub – 10 dənizçi qaçırıldı

Dünya

Nigeriya sahillərində silahlı şəxslər Türkiyə gəmisinə hücum təşkil ediblər.

Nsa.ge-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə hücum iyulun 15-də axşam saatlarında olub. 

Gəminin göyərtəsində ümumilikdə 18 Türkiyə vətəndaşı olub, onlardan 10 nəfəri qaçırılıb.

Qaçırılan şəxslərin kimliyi barədə hələ məlumat yoxdur.