Norveçdə məscidə silahlı hücum: yaralı var

Dünya

Norveçin Oslo şəhərində məscidə silahlı hücum olub.

Nsa.ge-nin Rosbalt agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs Oslo şəhərindəki məsciddə atəş açıb.

“Dagbladet” qəzeti xəbər yayıb ki, insident nəticəsində bir nəfər xəsarət alıb.

Hücum edən şəxs saxlanılıb. Polis insident baş verən ərazidə araşdırma aparır.