Ölkə tarixində ilk dəfə qadın səfir oldu

Dünya

Şahzadə Rima ben Əbdül Əziz Əl Səud Səudiyyə Ərəbistanı tarixində ilk qadın səfir kimi işinə başlayıb.

Nsa.ge xarici KİV-ə isitnadən xəbər verir ki, Rima ölkəsinin maraqlarını Vaşinqtonda təmsil edəcək.

Şahzadə Tvitter hesabında bu vəzifəyə gətirilməsinin və möhtəşəm komanda ilə işə başlamasının onun üçün böyük şərəf olduğunu yazıb.

Qeyd edək ki, şahzadə Rimanın ABŞ-a səfir təyin olunması haqda kral Salman ibn Əbdül Əziz Əl Səud tərəfindən göstəriş hələ aprelin 16-dan verilib.