Ölü meduzalar Azov dənizinin sahillərini basdı – VİDEO

Dünya

Son günlər Azov dənizinin sahillərinə minlərlə ölü meduza çıxıb.

Nsa.ge xəbər verir ki, UNİAN” buna səbəb kimi dəniz suyunun şorlanmasını göstərir.

Yerlı əhali və turistlər suya girməkdən qorxur və olü meduzaları smartfonlarına çəkmək ilə kifayətlənirlər.

Həkimlər xəbərdarlıq edirlər ki, meduza hətta ölü halda belə insana allerqiya verə bilər.