Putin Lavrovun müavinini işdən çıxardı

Dünya

Rusiya prezidenti Vladimir Putin XİN başçısının müavini Qriqori Karasini vəzifəsindən azad edib.

Nsa.ge-nin məlumatına görə, Prezidentin sərəncamı Kremlin rəsmi saytında dərc edilib.

Karasinin yerinə xarici işlər nazirinin müavini vəzifəsinə Yevgeni İvanov təyin edilib.

Q. Karasin 2005-ci ildən XİN başçısının müavini vəzifəsində çalışıb. XİN-də o, MDB dövlətləri ilə əlaqələrə və başqa sahələrə cavabdeh olub.