Putin: Müsəlmanlara oxşayın! Onlardan misal götürün! – SƏBƏB

Dünya Manshet

Rusiya prezidenti Qafqaz və Çeçenistan haqda danışıb.

Nsa.ge “Islam.ru” saytına istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, demoqrafiya məsələlərində çeçenləri nümunə götürmək lazımdır:

“Çeçenistanda doğum sayı olduqca yüksəkdir və orada yetim yoxdur”.

Bir sahə var ki, biz hamımız burada çeçenlərdən nümunə götürməliyir – bu demoqrafiya prosesidir. Ümumiyyətlə Qafqazda, məxsusən də Çeçenistanda, doğum sayı olduqca yüksəkdir – bu bir. İkincisi isə, oranın çox mühüm bir cəhəti var – orada atılmış yetim yoxdur”, – deyə Putin bildirib.

O əlavə edib ki, uşaqlara və digər qohumlara qarşı qayğı çeçen xalqının və ümumən Qafqaz xalqlarının üstünlüyüdür. “Orada, az-çox yaxınlığı olan hər kəs bir-birini qohum hesab edir. Və onlar uşaqlar qarşısında öz məsuliyyətlərini anlayırlar – onların əlindən tutmaq, onlara yardım etmək, onlara təhsil və peşə vermək”, – deyə o qeyd edib.

NSA.GE