Qazaxıstanda etiraz aksiyasında iştirak edən 500-ə qədər şəxs saxlanılıb

Dünya Manshet

Qazaxıstanın paytaxtı Nur-Sultanın mərkəzində 9 iyun tarixində etiraz aksiyası keçirilib.

Nsa.ge RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aksiyaçılar Qazaxıstanda ədalətli Prezident seçkilərinin keçirilməsi tələb ediblər.

İcazəsiz aksiyada iştirak edən 500-ə qədər şəxs saxlanılıb.

Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında bildirib ki, küçələrdə icazəsiz aksiyaların keçirilməsi ilə vəziyyəti gərginləşdirmək cəhdi olub, 500-ə qədər şəxs saxlanılıb.