Qazaxıstanda silah anbarı partladı: yaralılar var

Dünya

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.

Nsa.ge TASS-a istinadən xəbər verir ki, insident anbardakı silah-sursatları təmizləyən zaman meydana gəlib.

Hadisə zamanı dörd nəfər yaralanıb.

Yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar hərbi polis yoxlama aparır.